reklam
İdmançılarımız dünya çempionatını 7 medalla başa vurdu -
Sportfm.az xəbər saytı

İdmançılarımız dünya çempionatını 7 medalla başa vurdu -FOTO


İspaniyanın Qvadelaxara şəhərində kempo (İKF) üzrə 16-cı dünya çempionatı və dünya kuboku yarışı keçirilib.

Sportfm.az xəbər verir ki, nüfuzlu yarışlarda ölkəmizi Beynəlxalq Kempo Federasiyasının Azərbaycandakı nümayəndəsi Rauf İbrahimovun başçılığı ilə yığma komandamız təmsil edib. Turnirin ilk günündə idmançılarımız kempo submişn üzrə yarışlarda çıxış ediblər. Onlardan ən yüksək nəticəni 16-17 yaşlılar arasında 70 kiloqram çəki dərəcəsində Toğrul İbrahimli qazanıb. O, bütün rəqiblərini məğlub edərək qızıl medal əldə edib. Kişilər arasında Eynulla Qafarov (70 kq) və Fərid Əhmədov (75 kg) isə gümüş medal qazanıblar.

Yarışın ikinci günündə kempo semi üzrə ustalar arasında çıxış edən Valeh Quliyev (95 kq-dan yuxarı) ikinci yeri tutub. Təmsilçimiz Toğrul İbrahimli kempo full üzrə yarışlarda da böyük uğur əldə edib. Belə ki, idmançımız ikinci qızıl medalı aktivinə yazdırıb. Həmin gün nokdaun versiyası üzrə kişilər arasında Eynulla Qafarov (70 kq) birinci, Vüsal Qələndərov (95 kg) isə ikinci olublar. Komandamız ümumi hesabda üç qızıl, dörd gümüş medalla Vətənə qayıdıb.

 

Oxşar xəbərlər

Azərbaycan cüdoçularından böyük uğur - 9 medal
Avropa kubokunda birinci yer - cüdoçularımızdan böyük uğur
Avropada ən güclüyük - Cüdo üzrə
Kempoçularımız dünya çempionatında iştirak edəcəklər
İdmançılarımız Avropa çempionatında altı medal qazanıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər