reklam
İdmançılarımız Avropa çempionatında altı medal qazanıblar
Sportfm.az xəbər saytı

İdmançılarımız Avropa çempionatında altı medal qazanıblar


Rumıniyanın Buxarest şəhərində Kempo üzrə 10-cu Avropa çempionatı keçirilib.

Azərbaycan Kempo Federasiyasından Sportfm.az saytına bildirilib ki, 22 ölkənin iştirak etdiyi yarışda Azərbaycan komandası da iştirak edib. Ölkəmiz çempionatda Azərbaycan Kempo Federasiyasının prezidenti Rauf İbrahimovun rəhbərliyi ilə səkkiz nəfərlik heyətlə təmsil olunub. Üç gün davam edən yarışda idmançılar Kempo Submişn Gi, Kempo Full və Kempo Semi versiyaları üzrə mübarizə aparıblar.

Təmsilçilərimizdən Kempo Full üzrə görüşlərdə Valeh Quliyev (+95 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kempo Semi versiyasında Vüsal Qələndərov (-95 kq), Nicat Hüseynov (75 kq) gümüş, Şəmsi Hüseynov (70 kq) bürünc medal qazanıblar. Kempo Submişn növü üzrə isə iki idmançımız - Xəyal Məmmədzadə (75 kq) və Mahir Ələkbərov (65 kq) çempionatda üçüncü olublar.

Ümumilikdə Azərbaycan komandası xal hesabında üçüncü yerə laiq görülüb.

Oxşar xəbərlər

İdmançılarımız dünya çempionatını 7 medalla başa vurdu - FOTO
Kempoçularımız dünya çempionatında iştirak edəcəklər
Səkkiz qat Azərbaycan çempionu bıçaqlandı - İdmançı ağır yaralıdı
İdmançılarımız dünya çempionatında 13 medal qazandılar
Polis serjantı Avropa çempionatında gümüş medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər