Avropa kubokunda birinci yer -cüdoçularımızdan böyük uğur
Çexiyanın Teplis şəhərində keçirilən yeniyetmələr arasında Avropa kuboku turnirində Azərbaycan cüdoçuları 6 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edib.
Sportfm.az xəbər verir ki, Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutub.
İdmançılarımız turnirin ilk günündə 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Turnirin ikinci günündə isə oğlanların yarışında -73 kq çəkidə Süleyman Şükürov, -81 kq çəkidə Aslan Kotsoyev və +90 kq çəkidə Ramazan Əhmədov bütün rəqiblərini məğlub edərək komandamızın aktivinə 3 qızıl medal yazdırıblar. -81 kq çəkidə Hüseyn Eyvazlı bürünc medala sahib olub.
-73 kq çəkidə yarışan cüdoçular Allahverdi Səmədov 5-ci, Mehdi Abbasov 7-ci yerdə qərarlaşıb. -90 kq çəkidə mübarizə aparan idmançımız Tuncay Şamil yarışı 7-ci yerdə tamamlayıb.
Oxşar xəbərlər
3 Avropa kuboku, 11 medal - Avropa Kuboku
Azərbaycan cüdoçuları birinci oldu - Avropa Kuboku
Cüdoçularımızdan Avropa kubokunda 4 medal
39 ölkə arasında birinciyik - Praqada
Avropada ən güclüyük - Cüdo üzrə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası