reklam
SOCAR Azərbaycan Qran-Prisinin Bakı trekində veloyürüş keçirildi
Sportfm.az xəbər saytı

SOCAR Azərbaycan Qran-Prisinin Bakı trekində veloyürüş keçirildi


Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped İdman Klubunun təşkilatçılığı, "Formula 1" şirkətinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə ənənəvi olaraq veloyürüş təşkil edilib.

Sportfm.az xəbər verir ki, veloyürüş Bakıda dünyanın məşhur pilotlarının iştirakı ilə "Formula 1" üzrə SOCAR Azərbaycan Qran-Prisinin əsas mərhələsi başlamamışdan əvvəl yarışların keçirildiyi Bakı trekində baş tutub.

"Formula 1" yarışlarının şəhər trası növündə öz nadirliyi ilə seçilən Bakı trekində keçirilən veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, Azərbaycanın cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli, həmçinin DTX-nin Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubunun üzvləri iştirak ediblər.

Oxşar xəbərlər

Bakıda veloyürüş keçirildi
“Gücümüz həmrəyliyimizdir” - Bakıda veloyürüş keçirildi - FOTO
Bakıda yeni velosiped idmanı klubu yaradıldı - DTX-nin nəzdində
Dövlət Bayrağı Gününə həsr olunan veloyürüş keçirildi
Biləsuvar rayonunda veloyürüş keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər