Bakıda yeni velosiped idmanı klubu yaradıldı -DTX-nin nəzdində
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təlim-tədris və maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması ilə bərabər, əməkdaşların əməliyyat-döyüş və fiziki hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirilir.
Sportfm.az verir ki, DTX-də şəxsi heyətin idmanla məşğul olması, fiziki sağlamlığının möhkəmləndirilməsi üçün hər cür şərait yaradılır.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyevin imzaladığı Qərarla 24 dekabr 2017-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin nəzdində "Velosiped idman klubu" təsis olunmuşdur.
Qeyd edək ki, "Velosiped idman klubu"nun təlim və maddi-texniki bazasının yaradılması ilə əlaqədar müvafiq təşkilati tədbirlər həyata keçirilib.
Oxşar xəbərlər
SOCAR Azərbaycan Qran-Prisinin Bakı trekində veloyürüş keçirildi
"Gəlsinlər, idmanla məşğul olsunlar və öz sağlamlıqlarına diqqət yetirsinlər” - Mədət Quliyev
“Gücümüz həmrəyliyimizdir” - Bakıda veloyürüş keçirildi - FOTO
Mədət Quliyev hərbçilərə cüdo üzrə master-klass keçdi
Dövlət Bayrağı Gününə həsr olunan veloyürüş keçirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası