Teymur Rəcəbov da şansını itirdi
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirində ardıcıl 8-ci dəfə heç-heçə edib.
Sportfm.az xəbər verir ki, 32 yaşlı qrossmeyster VIII turda Hindistan təmsilçisi Vişvanatan Anandla da xalı yarı bölüb. Bununla da Azərbaycan təmsilçilərinin hazırkı superturnirdə qalib ola bilməyəcəkləri dəqiqləşib. Daha əvvəl ənənəvi yarışın ikiqat qalibi Şəhriyar Məmmədyarov birinci yer şansından məhrum olub.
Hazırda turun Sergey Karyakin (Rusiya) – Maqnus Karlsen (Norveç), Veselin Topalov (Bolqarıstan) – Dinq Liren (Çin), Alekandr Qrişuk (Rusiya) – David Navara (Çexiya) və Aniş Giri (Hollandiya) – Şəhriyar Məmmədyarov (Azərbaycan) qarşılaşmaları davam edir. Son dünya çempionu Maqnus Karlsen qələbə qazanacağı təqdirdə, finişə bir tur qalmış çempionluğunu rəsmiləşdirəcək.
Qeyd edək ki, hazırda Teymur Rəcəbov və Vişvanatan Anandın 4 xalı var. Turnirə aprelin 9-da yekun vurulacaq. Lider Karlsenin 5, ikinci pillədəki Karyakinin 4,5 xalı var.
Oxşar xəbərlər
Soyuq Skandinaviyadan gəlib, Şəmkirdə qalib oldu - FOTO
Azərbaycan şahmatçıları növbəti turda heç-heçə etdi
"ShamkirChess 2019": Məmmədyarov Karlsenlə qarşılaşacaq
"ShamkirChess 2019": III turun görüşləri keçiriləcək
İki azərbaycanlı üz-üzə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası