Gürcü futbolçu Bakıda qeyrdi-adi futbol məktəbi açdı: "Bu çoxdankı istəyim idi"
İndiyə qədər ölkə çempionatında çox sayda legioner top qovub. Bir çoxu müqaviləsi bitdikdən sonra buranı tərk edib.
Sportfm.az xəbər verir ki, onların az bir qismi isə ölkəmizlə bağlarını tam qırmayıb, ara-sıra gəlib gedib və ya birdəfəlik burda məskunlaşıb. Belələrindən biri də bir vaxtlar AZAL (daha sonra “Şüvəlan”) və “Turan Tovuz” komandalarında forma geyinən Nuqzar Kvirtiyadır. Gürcü oyunçu ötən mövsüm birinci divizonda “Şüvəlan”ın heyətində top qovduqdan sonra məlum limit məsələsinə görə cari mövsümü kənarda qaldı. Futboldan tam doymayan Kivirtiya bu mövsümdən etibarən minifutbol federasiyasının təşkil etdiyi və bir çox veteran və gənc futbolçuların oynadığı Alfa Liqada top qovur. Lakin görünür 35 yaşlı gürcü bununla da kifayətlənmir. Belə ki, bu yaxınlarda təsis etdiyi “White City Club de Fubtol” adlı uşaq futbol məktəbi fəaliyyətə start vermişdir. Bununla bağlı Nuqzarla əlaqə saxlayıb uşaq futbol məktəbi haqqında məlumat almağa çalışdıq: “Futbol məktəbi açmaq çoxdankı istəyim idi. Sadəcə o vaxt futbol karyeramı davam etdirdiyimdən arzumu reallaşdırmağa vaxtım yox idi. Bu işdə mənə B kateqoriyalı məşqçi dostum Vladislas Ledyayevin çox köməyi oldu. Hazırda o da məktəbimizdə uşaqlara futbolun sirrlərini öyrədir. Məktəbimizə 2008-2012 təvəllüdlü uşaqları qəbul edirik. Məşqlər ödənişlidir. Məktəbimizi digər futbol məktəblərindən fərqləndirən üstünlüyümüz odur ki, burda uşaqlara tək futbol oynamağı yox həm də “freestyle” və Panna öyrədirik. Bu da öz növbəsində uşaqlarda texniki imkanları xüsusilə də driqblinq qabiliyyətlərini artırmağa çox kömək olur. Təbii ki, topun düzgün qəbulu, dəqiq ötürmə vermək, topa ayağını düzgün şəkildə qoymaq və s. kimi əsas baza biliklərini uşaqlara öyrədirik. Lakin “freestyle” və Panna onlarda erkən yaşdan topla daha baxımlı və özünə inamlı şəkildə rəftar etmək bacarığı yaradır. Əgər yalnız “freestyle” və Panna öyrənmək istəyən olsa o zaman yaşından asılı olmayaraq hər bir gənc gəlib bizim məktəbdə öz bacarığını artıra bilər. Ümumiyyətlə həm “freestyle” həm də Panna qərbdə gənclər arasında çox məşhurdur hətta buna misal olaraq AÇ-2020-nin maskotunu da göstərə bilərəm. Bu yaxınlarda təqdim olunan maskot məhz “freestyle” oynayan oğlandır”.
Oxşar xəbərlər
Federasiya təsdiq etdi - 2 klub çempionatda iştirak etməyəcək
Emin Mahmudova məşq keçən "El Mejor": Bəzi elementlərdə çətinlik olur
"İdmanı Qarabağa qaytarırıq" - SİYAHI
Sabahın ulduzları “Sabah”ın Akademiyasında yetişir - VİDEO
Həvəskarlar valideyn himayəsindən məhrum olan uşaqları unutmadı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası