reklam
Elxan Məmmədov:
Sportfm.az xəbər saytı

Elxan Məmmədov: "Bizdən maaş almırlar"


AFFA-nın baş katibi Elxan Məmmədov Litva ilə yoxlama oyununa (0:0) görə milli komandanın üzvlərinin 5 min manat məbləğində mükafatlandırılması məsələsinə münasibət bildirib. 

Sportfm.az xəbər verir ki, “REAL TV”yə müsahibəsində o, Berti Foqts, Robert Prosineçki və Qurban Qurbanovun vaxtında da milliyə mükafat verildiyini söyləyib: 

“Heç-heçə və qələbəyə görə mükafatlar həmişə verilib. O cümlədən yoldaşlıq oyunları nəzərə alınaraq. Mən gördüm ki, bu məsələ media və sosial şəbəkələrdə müzakirə olunur. Amma hiss etdim ki, bu, süni müzakirədir. Çünki əvvəlki illərdə komandaya uğurlu nəticəyə görə, o cümlədən yoxlama oyunundakı nəticəyə görə mükafat veriləndə müzakirə olunmurdu. Bu ajiotaj və müzakirələr süni şəkildə yaradılıb”. 

Elxan Məmmədov deyib ki, futbolçulara millidə oynadıqlarına görə AFFA tərəfdən maaş verilmir: “Bir mütəxəssis demişdi ki, milliyə mükafat veriləndə burada stimullaşdırma faktoru nəzərə alınır. Mən də bunu etiraf edirəm. Futbolçular milliyə gələndə onlara gündəlik ezamiyyət xərcləri ödənilir, amma maaş olmur. Ona görə də yaxşı nəticə qeydə alınanda, qələbə və heç-heçə olanda biz çalışırıq ki, onları mükafatlandıraq. Bu, futbolçulara maliyyə dəstəyi göstərmək üçün yeganə imkandır. Amma təbii ki, mükafat ancaq və ancaq qələbə və heç-heçəyə görə tətbiq olunur”. 

Qeyd edək ki, FİFA reytinqində Azərbaycan millisindən 30 pillə geridə  - 138-ci yerdə olan Litva ilə matçdakı heç-heçəyə görə millinin üzvlərinin AFFA tərəfindən mükafatlandırılması media və sosial şəbəkələrdə etirazla qarşılanıb.

Oxşar xəbərlər

“İstəməzdim 3 dəfə çempion olmuş biri kimi bu şəklim yayılsın” - Rövşən Əhmədov
"Rəqibləri Azərbaycan yığmasına zəif gözü ilə baxırlar" - İskəndər Cavadov
Milliyə mükafat verildi - FOTO
Elxan Məmmədov: Argentina və Braziliya kimi yığmalardan daim təklif alırıq...
Elxan Məmmədov Belarusa yollanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər