Millinin sabiq hücumçusu içkili yaxalandı
Uels yığmasının sabiq hücumçusu Kreyq Bellami xoşagəlməz hadisə ilə üzləşib.
Sportfm.az xəbər verir ki, 39 yaşlı keçmiş futbolçu içkili halda avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb.
Hadisə martın 9-da Kardiff şəhərində baş verib. Yoxlama zamanı Bellaminin icazə verilən miqdardan ikiqat artıq spirtli içki qəbul etdiyi müəyyənləşib.
Bununla bağlı məhkəmə qarşısına çıxan Kreyq günahını boynuna alıb. Bu etirafa baxmayaraq, məhkəmə onun sürücülük vəsiqəsini əlindən alıb.
Qərara əsasən, sabiq forvard il yarım müddətdə avtomobil idarə edə bilməyəcək və 650 avro məbləğində cərimə ödəyəcək.
2014-cü ildə karyerasını bitirən Kreyq Bellami "Liverpul"dakı çıxışı ilə daha çox tanınır.
Oxşar xəbərlər
Ronaldinyo azadlığa buraxılmadı
Ronaldinyo yenidən polis məntəqəsində - FOTO
Millinin sabiq futbolçusu 1 kq kokainlə yaxalandı - FOTO
Veteran futbolçu zorakılıqda ittiham olunur
"Neftçi"nin sabiq üzvü faciəvi şəkildə dünyasını dəyişdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası