Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Veteran futbolçu zorakılıqda ittiham olunur
Uels yığmasının və İngiltərənin "Liverpul" klubunun sabiq futbolçusu Kreyq Bellami "Kardiff Siti"nin U-18 komandasının baş məşqçisi postundan müvəqqəti uzaqlaşdırılıb.
Sportfm.az xəbər verir ki, buna səbəb 40 yaşlı sabiq hücumçunun oyunçulara qarşı zorakılıqda ittiham olunmasıdır. İddiaya görə, K.Bellami gənc futbolçuların bir ilə aqressiv davranıb və onu qorxudub. Həmin futbolçu komandadan ayrılsa da, klub bu məsələ ilə bağlı daxili araşdırma aparmağa qərar verib.
Uelsli məşqçi isə, öz növbəsində, ittihamı rədd edib.
Qeyd edək ki, Uels yığması 2020-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb.
Oxşar xəbərlər
Federasiya prezidentinə ağır ittiham - qız futbolçulara qarşı cinsi zorakılıq
Millinin sabiq hücumçusu içkili yaxalandı
Pol Qaskoyn məhkəmədə cavab verməli oldu
İndidə cinsi zorakılıqda ittiham edilir
İdmançı 7 qadına qarşı zor tətbiq etdiyini boynuna alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası