Ronaldinyo azadlığa buraxılmadı
Paraqvay məhkəməsi Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo barədə həbs qətimkan tədbirini şərti cəza ilə əvəzləməkdən imtina edib.
Sportfm.az xəbər verir ki, vəkilin veteran hücumçunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edilməyib. Bunun üçün 1,4 milyon avro məbləğində girov təklif olunsa da, məhkəmə bunu rədd edib.
Ronaldinyo və qardaşı Roberto de Assis Moreyra Asunsyon hava limanında saxta pasport təqdim edib. Martın 5-də Paraqvayın baş prokuroru "sambaçılar"ın həbsinə dair order verib. Lakin ertəsi gün sabiq futbolçu azadlığa çıxıb. Lakin bir neçə saat sonra Ronaldinyo baş prokurorluğun sorğusu əsasında yenidən saxlanılıb. Məhkəmə onun həbsinin 6 ay uzadılmasını qərara alıb.
Qeyd edək ki, Ronaldinyo Avropada Fransanın PSJ, İspaniyanın "Barselona" və İtaliyanın "Milan" klublarındakı çıxışı ilə tanınıb. O, Braziliya komandalarının da formasını geyinib.
Oxşar xəbərlər
Ronaldinyo azadlığa buraxıldı - Ev dustaqlığından
Ronaldinyo azadlığa buraxıldı
Ronaldinyo həbsdə qalacaq - Məhkəmə qərarını dəyişmədi
Ronaldinyo 6 aylıq həbsə məhkum edildi - QƏRAR
Ronaldinyo yenidən polis məntəqəsində - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino














Misli Premyer Liqası