reklam
Sportfm.az xəbər saytı

"Neftçi" çempion olsa...UEFA açıqladı


"Neftçi" klubu Azərbaycan Premyer Liqasının qalibi olacağı təqdirdə, UEFA Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində səpələnməmişlər sırasına düşəcək.

Sportfm.az saytı "Report"a istinadən xəbər verir ki, bu, komandanın UEFA-nın klub reytinqindəki mövqeyi ilə əlaqədardır.

Hazırda flaqman 274-cü yerdədir. Bu isə paytaxt təmsilçisinə daha yüksək reytinqli komandaların olduğu səpələnmişlər sırasına düşməyə imkan vermir.

Əvəzində "Qarabağ" çempion olacağı təqdirdə, səpələnmişlər səbətində yer alacaq. Bu, Ağdam təmsilçisinin hazırda 69-cu yerdə olması ilə əlaqədardır.

Düzdür, qitənin əksər ölkələrində çempionlar hələ bəlli deyil. Amma qalan müddətdə səpələnmişlər və səpələnməmişlərin siyahısında ciddi dəyişikliklərin baş verəcəyi gözlənilmir.

Premyer Liqada 21 turdan sonra "Neftçi" və "Qarabağ" hərəyə 45 xalla ilk 2 pillədə yer alıb. Son dövrənin oyunlarına martın 30-da start veriləcək.

Püşkatma öncəsi hazırkı vəziyyət belədir:

Səpələnmişlər: "Seltik" (Şotlandiya, 47°), BATE (Belarus, 55°), "Astana" (Qazaxıstan, 57°), "Ludoqorets" (Bolqarıstan, 58°), APOEL (Kipr, 59°), "Maribor" (Sloveniya, 79°), "Srvena Zvezda" (Serbiya, 84°), "Makkabi" Təl-Əviv (İsrail, 90°), "Şerif" (Moldova, 108°), "Rusenborq" (Norveç, 116°), HİK (Finlandiya, 133°), "Dandolk" (İrlandiya, 155°), "Düdelanj" (Lüksemburq, 163°), "Şkendiya" (Makedoniya, 178°), TNS (Uels, 179°), "Slovan" Bratislava (Slovakiya, 181°), AIK (İsveç, 192°)

Səpələnməmişlər: "Suduva" (Litva, 231°), "Valletta" (Malta, 233°), "Sarayevo" (Bosniya və Herseqovina, 237°), "Lexiya" Qdansk (Polşa, 259°), "Neftçi" (Azərbaycan, 274°), ÇFR (Rumniya, 288°), "Ferentsvaroş" (Macarıstan, 292°), "Nımme Kalyu" (Estoniya, 292°), "Sutyeska" (Monteneqro, 319°), "Partizani" (Albaniya, 322°), "Valür" (İslandiya, 328°), "Linfild" (Şimali İrlandiya, 344°), HB "Torshavn" (Farer adaları, 377°), "Riqa" (Latviya, 410°), "Ararat" (Ermənistan, 416°), "Saburtalo" (Gürcüstan, 427°) və ilkin təsnifat mərhələsinin 2 qalibi:

Səpələnmişlər: "Linkoln" (Cəbəllütariq, 234°), "La Fiorita" (San Marino, 316°)

Səpələnməmişlər: "Sent-Culiya (Andorra, 407°), "Feronikeli" (Kosovo, 447°)

Qeyd edək ki, 2019-2020 mövsümü üçün Çempionlar Liqasında I və II təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

Oxşar xəbərlər

Avropa Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək
Çempionlar Liqasında daha 8 oyun keçiriləcək
"Qarabağ" 2-ci mərhələdəki rəqibi hansı komanda olacaq? - YENİLƏNİR
"Qarabağ"ın Çempionlar Liqasında bütün potensial rəqibləri müəyyənləşdi
"Qarabağ"ın potensial rəqibləri məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər