reklam
Oteldə qızları zorlayan yığmanın üzvləri həbs edildi
Sportfm.az xəbər saytı

Oteldə qızları zorlayan yığmanın üzvləri həbs edildi


Finlandiyada həbs olunan voleybolçuların məhkəməsi başa çatıb. Sportfm.az xəbər verir ki, zorlamada ittiham olunan Kuba yığmasının üzvləri Tampere şəhərindəki hərəkətləri səbəbindən sərt cəzaya məruz qalıblar. Oteldə qızlara təcavüz etmələri sübuta yetirilən Abraham Qavilan Alfonso, Rikardo Norberto Kalvo Mansano, Rolando Sepedu Abreu və Osmani Santyaqo Uriarte Mestreyə 5 il həbs cəzası verilib. Yığmanın digər üzvü Luis Tomas Sosa Serra isə həbsxananı daha tez - 3,5 ildən sonra tərk edəcək.
 
Qeyd edək ki, iyulun 2-də 3 kubalı voleybolçu zorlanmada təqsirli bilinərək, zorlananların şikayəti əsasında saxlanılmışdı. Ertəsi günü Finlandiya polisi daha 5 nəfəri istintaqa cəlb edib. Lakin sonradan bu 8 nəfərdən 3-ü günahsız bilinərək buraxılıb.

Oxşar xəbərlər

Bu məşhur idmançının günahı sübut olunarsa, 20 illik həbs olunacaq
"Beşiktaş" və "Fənərbaxça"nın sabiq futbolçusu həbs olundu - 14 il müddətinə
Baş məşqçi həbs olundu - 17,3 milyon mənimsədi
"Ayaks"ın futbolçusu azadlığa buraxıldı - İstintaq davam etdir
Robinyonun iddiası rədd edildi - Həbs cəzası təsdiqləndi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər