reklam
Robinyonun iddiası rədd edildi -
Sportfm.az xəbər saytı

Robinyonun iddiası rədd edildi -Həbs cəzası təsdiqləndi


İtaliya Apellyasiya Məhkəməsi "Milan"ın sabiq futbolçusu Robinyonun iddiasını rədd edib.
Sportfm.az xəbər verir ki, məhkəmə zorlamada iştiraka görə braziliyalı hücumçuya verilmiş 9 illik həbs cəzasını təsdiqləyib. 36 yaşlı hücumçunun üçüncü instansiyaya müraciət edəcəyi, yəni kassasiya şikayəti verəcəyi bildirilib. Qərarın məhz bu səbəbdən qüvvəyə minmədiyi qeyd olunub.
Bu məsələ üzrə ilk qərar hələ 2017-ci ildə elan olunmuşdu. O vaxtdan bəri iş apellyasiya məhkəməsində davam edirdi.
Robinyo və daha 5 nəfər 22 yaşlı albaniyalı xanımı qrup şəklində zorlamada ittiham olunur. Hadisə 2013-cü il yanvarın 22-də Milanda baş verib. Təcrübəli oyunçu günahını etiraf etməyib.
Robinyo bu il oktyabrın 11-də ölkəsinin "Santos" klubuna keçsə də, 6 gün sonra onun müqaviləsinə xitam verilib.

Oxşar xəbərlər

Əfsanəvi futbolçuya 9 il həbs verildi
Robinyo İtaliyaya gətirilir - Məhkəmə başlayır
Yeddiqat dünya çempionunun apellyasiya şikayəti təmin edilmədi - Formula 1
Robinyonun yeni klubu bilindi - Ayda 271 dollar alacaq
Robinyo Türkiyədən gedir - Braziliyaya qayıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər