reklam
Bu məşhur idmançının günahı sübut olunarsa, 20 illik həbs olunacaq
Sportfm.az xəbər saytı

Bu məşhur idmançının günahı sübut olunarsa, 20 illik həbs olunacaq


Daha bir məşhur idmançı zorlamada təqsirləndirilir.

Sportfm.az xəbər verir ki, ABŞ-nin “Portlend Treyl-Bleyzers” klubunun sabiq basketbolçusu Ben Maklemor dörd fərqli qadına qarşı zorakılıqda ittiham olunub.

Maklemor 2021-ci ildə törətdiyi əməllərə görə bu gün məhkəmə qarşısına çıxarılıb.

Şikayət əsasında saxlanılan basketbolçuya 20 illik həbs cəzası istənilsə də, idmançı 500 000 dollar girov qarşılığında sərbəst buraxılıb. Maraqlıdır ki, o, girov üçün 50 min dollar ödəməli imiş.

Maklemorun növbəti məhkəməsi iyulun 1-nə təyin olunub.

Qeyd edək ki, bundan öncə məşhur futbolçu, “Barselona” klubunun keçmiş müdafiəçisi Dani Alveş də zorlamada ittiham olunaraq həbs edilmiş, ancaq girov müqabilində sərbəst buraxılmışdı.

Oxşar xəbərlər

Alveş azadlığa buraxıldı - 1 milyon avro girov müqabilində
Dani Alveşi doqquz il həbs gözləyir - CƏZA
Dani Alveş məhkəmə qarşısına çıxır - Təcavüzdə ittiham olunur
Alveşin üçüncü müraciəti də qəbul edilmədi - Təcavüzdə ittiham olunur
Alveş zaminə buraxılmadı - Məhkəmə qərarı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər