reklam
Sportfm.az xəbər saytı

"Son iki ildəki çıxışımızı özümə sığışdıra bilmədim" - Rüfət Quliyev postundan getdi -ÖZƏL


"Ağsu"nun baş məşqçisi Rüfət Quliyev postundan ayrılıb. Bu haqda Sportfm.az saytına çalışdırıcının özü məlumat verib: "7 ilə yaxındır baş məşqçisi olduğum "Ağsu"dan ayrıldım. Son zamanlar qeydə alınan nəticələr və komandanın çıxışı məni qane etmirdi. Belə olan məqamda isə ayrılmağı özümə borc bildim. Futbolda belə şeylər olur. Neçə illər ərzində Birinci Divizionda liderlər sırasında yer aldıq. Gözəl nəticələr qazandıq. Son iki ildəki çıxışımızı özümə sığışdıra bilmədim və ayrıldım". Mütəxəssis vəziyyəti yaxşıya doğru dəyişməyə cəhd etdiyini də bildirdi: "Bunun üçün çox çalışdım. Amma, təbii ki, tək mənim istəyimlə işlər həll olunmur. Düşünürəm ki, Azərbaycan futboluna xeyir verə bilərəm. Bilirəm ki, hazırda iş tapmaq asan deyil, ancaq özümə və savadıma inanıram. Azərbaycanda alınmasa, ölkə xaricində iş axtaracam".  

Qeyd edək ki, 46 yaşlı mütəxəssisin 19 yaşlı oğlu Kamran Quliyev Litvanın A Liqasında (əsas divizion) mübarizə aparan “Jonava” klubunun şərəfini qoruyur. 

Oxşar xəbərlər

"Məqsədimiz faiz göstəricilərini bərabərləşdirməkdir" - Kamran Quliyev
"Azərbaycanda məşq üçün yaxşı şərait yox idi" - Ramil Quliyev
Almaniyalı baş məşqçidən Ayaz Quliyev açıqlaması
Uzun müddətdir işsiz qalan Rüfət Quliyev: "Azərbaycan futboluna lazım deyiləm"
"Agsu"da 300 minlik yeyinti: Klub рrezidenti göndərildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər