Uzun müddətdir işsiz qalan Rüfət Quliyev:"Azərbaycan futboluna lazım deyiləm"
Bizim futbolun çox bəlası var. O qədər çoxdur ki, saymaqla bitirmək olmaz. Zaman keçdikcədə bu bəlaların sayı durmadan artır. Azərbaycan futbolunun ən böyük dərdlərindən biri sabiqləri, canını yaşıl meydanlarda qoyanları unutmasıdı. Hələ belə unudulanlar arasında Azərbaycan yığmasının heyətində 30-dan çox oyun keçirən, tək-tük uğurlu legioner karyerası yaşayan, 2 dəfə Asiya Çempionlar Liqasında medal qazanan Rüfət Quliyev varsa, artıq yazmağa söz də tapmaq çətin olur. Uzun müddətdir işsiz-gücsüz qalan 47 yaşlı Rüfət müsahibə verməyə təkid etdikdən sonra razı oldu. O, yada düşməməsini heç kimin bilməsini istəmirdi: 2019-cu ilin fevral ayından işsizəm. Elə həmin vaxt divizionda mübarizə aparan "Ağsu"dan ayrılmışam.
- Aradan xeyli vaxt keçib. Bu müddət ərzində işlə bağlı heç bir təklif olmayıb?
- Xeyr. Belə görünür ki, uğurları olan, nəticə qazanan adam olaraq Azərbaycan futboluna lazım deyiləm. Yoxsa niyə kənarda qalırdım?! Başqa nə düşünüm? Faktiki olaraq bir ildən artıqdır yada salan yoxdur.
- AFFA-ya işlə bağlı müraciət etmisiz?
- Məşqçilər Komitəsinə xahiş etdim ki, bacardıqları qədər köməklik etsinlər.
- Cavabları nə oldu?
- Dedilər ki, səbrli ol. Sonra AFFA-nın baş katibi Elxan Məmmədovla görüşmək istədim. Təəssüflər olsun ki, alınmadı.
- Demək, Elxan müəllimlə görüşməyə də cəhd etmisiz?
- Əlbəttə. Düşündüm ki, Elxan Məmmədov mənə kömək edə bilər.
- İndiki dönəmdə bir ildən artıq işsiz qalan məşqçi Rüfət Quliyev nə ilə dolanır?
- Çox çətindi. Allah böyükdür. Ruzini də verən odur.
- Sizi klublarımızla yanaşı, futbolsevərlərimiz də unudub?
- Təəssüflər olsun ki, bəli. Amma, İranda çıxış etdiyim klubların azarkeşləri indiyə qədər mənimlə maraqlanırlar. Mən oynadığım vaxtlar həmişə bütün gücümü ortaya qoymuşam ki, fanatları sevindirim.
- Məşqçiliyə uşaq futbolundan başlamısınız. Ordada sizə yer tapılmır?
- Uşaq futbolunda böyük həvəslə çalışırdım. Balacalara futbolun sirlərini öyrətməyi çox xoşlayırdım. Hazırda nəinki uşaq futbolundan, ümumiyyətlə futboldan kənarda qalmışam.
- Görəsən bizim klublar kimləri axtarır?
- A kateqoriyalı məşqçiyəm. 5 dildə sərbəst danışıram. Futbolumuza xeyir vermək üçün gücüm və savadım da var. Yəqin ki, sizin sualı klub rəhbərlərinə ünvanlamaq daha düzgün olar.
- Durum belə davam edəcəyi təqdirdə hansı addımı atacaqsız?
- Təbii ki, mən bildiyim və sevdiyim işlə məşğul olmaq istəyirəm, amma belə davam edərsə, təəssüflər olsun ki, başqa iş axtarmalı olacam. Mən ailə başçısıyam. Heç kəsin bu duruma düşməsini arzulamıram.
- Kimdənsə küsmüsüz?
- Qətiyyən. Sadəcə bəzi tanıdığım insanları özümə yaxın bildiyimə görə çox pis oluram. Təsəvvür edirsiz, həmin insanların əksəriyyəti salam verməyi belə unudublar.
Söhbətləşdi: Araz Əhmədov
Oxşar xəbərlər
"Biz ola-ola yığmalara niyə əcnəbi məşqçilər gətirilməlidir?" - MÜSAHİBƏ
“Mən millini çalışdırmağa hazıram” – Samir Abasov
Azərbaycanlı futbolçuların "Dyadya"sı: "Bir nəfər belə gəlib məni yoxlamadı"
Səmədağa Şıxlarov:"Ömrümü verdiyim futbola nifrət edirəm"
Ölkəmizin hansı bölgəsində futbol yox olmaq üzrədir? - PROBLEM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası