reklam
Almaniyalı baş məşqçidən Ayaz Quliyev açıqlaması
Sportfm.az xəbər saytı

Almaniyalı baş məşqçidən Ayaz Quliyev açıqlaması


Rusiyanın "Spartak" klubunun baş məşqçisi Domeniko Tedesko əvəzedici heyətə göndərilən azərbaycanlı futbolçu Ayaz Quliyev haqda danışıb.

Sportfm.az xəbər verir ki, alman mütəxəssis 23 yaşlı yarımmüdafiəçinin bu mövsümün sonuna kimi əsas komandaya qayıtmasının gündəmdə olmadığını deyib: "Ayazla problemimiz oldu, o, hazırda əsas komandada deyil. Amma klub daxilində baş verənlər komandada qalmalıdır. Bunu ictimaiyyətə açıqlamırıq. Hazırda onun qayıtmasını planlaşdırmırıq. Ancaq hər şey mümkündür, qapılar hər zaman açıqdır. Bu, bizim üçün problem deyil, amma təkrar edirəm, hazırda onu geri qaytarmaq planları yoxdur".

Qeyd edək ki, Ayaz Quliyev nizam-intizam qaydalarını pozduğu üçün əvəzedici heyətə göndərilib.

Oxşar xəbərlər

Ayaz Quliyevlə bağlı qərar - Əsas komandaya lazım olmadı
Ayaz Quliyev əsas komandadan qovuldu
Ayaz Quliyev Rusiyada ən zəiflər arasında
Ayaz Quliyev geri dönür!
Azərbaycanlı futbolçu "Spartak"dan ayrılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər