reklam
Sportfm.az xəbər saytı

"Elə vur ki, mən yıxılım burada. Sensasiya olacaq, bütün Azərbaycan səni tanıyacaq" -Zaur Kamal


Azərbaycan Boks Federasiyasının yeni milliləşdirdiyi kubalı Lorenberto Alfonso "5/5"də qonaq olub.

Sportfm.az xəbər verir ki, aparıcı Zaur Kamal təkidlə boksçudan onu vurmağını istəyib. Alfonso aparıcının təklifindən sonra ayağa qalxıb. Zaur idmançını "Vur görüm, haradan vurmaq fikrin var? sözləri ilə qıcıqlandırmağa başlayıb. Aparıcının sözlərini gülərək qarşılayan boksçu "Haradan vursam dözərsən?" deyib.

Zaur Kamal Alfonsoya "Elə vur ki, mən yıxılım burada. Gülür e... Sensasiya olacaq, bütün Azərbaycan səni tanıyacaq" ifadələri ilə canlı yayımda təzyiq etməyə başlayıb. 

Boksçu Zaurun ondan əl çəkmədiyini görüncə "Mən zərbələrimi ancaq rinqdə rəqiblərimə vururam" sözləri ilə bu dialoqa son qoyub.

 

Oxşar xəbərlər

Azərbaycan boksçusu finalda - Dünya çempionatı
Qazaxıstandan 8 medalla qayıtdılar - FOTO
Boksçu prezident olmaq fikrinə düşdü
39 komanda Boks Mərkəzinə toplaşacaq
"Bakıda yüksək qonaqpərvərliklə qarşılandım" - Evander Holifeld

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər