Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Premyer Liqamızda 150-ci qol vuruldu
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünün 150-ci qolu vurulub.
Sportfm.az xəbər verir ki, bu qola “Neftçi” – “Keşlə” (2:0) qarşılaşmasında hesabı açan flaqmanın yarımmüdafiəçisi Emin Mahmudov imza atıb.
Mövsümdə ilk qolu I turun “Sumqayıt”la oyununda (2:0) “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov, 50-ci qolunu “Səbail”lə VI turda (4:0) onun komanda yoldaşı Dario Frederiko vurub. 100-cü top isə XI turun “Qəbələ” – “Qarabağ” görüşündə (1:3) hesabı açan meydan sahiblərinin futbolçusu Ceyms Adeniyinin aktivinə yazılıb.
Qeyd edək ki, “Keşlə” ilə qarşılaşmada komandasının hər iki qoluna imza atan Mahmudov karyerasında ilk dublu rəsmiləşdirib.
Oxşar xəbərlər
Kapitandan yubiley qolu
Emindən ikiqat yubiley - Premyer Liqa
Ozobiç 40-cı qolunu vurdu - Azərbaycan Premyer Liqası
Rauf Əliyevdən yubiley qolu - 60-cı
Premyer Liqamızda mövsümün 100-cü qolu vuruldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası