Emindən ikiqat yubiley -Premyer Liqa
“Neftçi”nin futbolçusu Emin Mahmudov Premyer Liqanın 19-cu turunun “Sumqayıt”la oyununda dubla imza atıb.
Sportfm.az xəbər verir ki, yarımmüdafiəçinin ilk qolu ikiqat yubileylə əlamətdar olub. Emin Premyer Liqada 20-ci qolunu vurub. O, Azərbaycan çempionatında yalnız bir klubda çıxış edib. İkinci dəfə fərqlənməklə qol sayını 21-ə çatdıran yarımmüdafiəçi 109-cu matçını keçirib.
Mahmudovun ilk topu həm də “Neftçi” karyerasında 30-cu olub. O, kubokda 2, avrokuboklarda 8 qola sevinib. “Ağ-qaralar”ın heyətində 136-cı dəfə meydana çıxan futbolçu ikinci topla qol sayını 31-ə yüksəldib.
2017-ci ildən “Neftçi”də çıxış edən Emin həm indiki komandasında, həm də Premyer Liqadakı ilk qoluna həmin il noyabrın 19-da imza atıb. O, “Qəbələ” ilə ev matçında (2:3) fərqlənib.
Qeyd edək ki, “Neftçi” bu görüşdə 2:1 hesablı qələbə qazanıb.
Oxşar xəbərlər
Emin Mahmudovdan 50-ci qol
Kapitan üçün uğursuz yubiley oyunu
“Qəbələ”nin oyunçusu üçün ikiqat əlamətdar oyun - Misli Premyer Liqası
Kapitandan yubiley qolu
Ramazanovdan bir qol, iki yubiley
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi















Misli Premyer Liqası