reklam
Rauf Əliyevdən yubiley qolu -
Sportfm.az xəbər saytı

Rauf Əliyevdən yubiley qolu -60-cı


"Səbail"in futbolçusu Rauf Əliyev Azərbaycan çempionatlarında 60-cı qolunu vurub.

Sportfm.az xəbər verir ki, yubiley 9-cu turun “Sumqayıt”la oyununa (2:1) təsadüf edib.

Qonaqların qapısına yol tapan hücumçu Premyer Liqada keçirdiyi 272-ci matçında 60-cı dəfə fərqlənib. O, yarışın tarixində 60 və ya daha çox qol vuran 29-cu oyunçu olub.

İlk qoluna 2006/07 mövsümündə “Qarabağ”ın heyətində imza atan forvard Ağdam klubunda daha çox – 23 qol vurub. Ümumilikdə 7 klubda fərqlənən Əliyev “Keşlə”də 12, “Bakı”da 11, “Səbail”də 6, “Qəbələ”də 4, “Xəzər Lənkəran”da 3, “Neftçi”də 1 qola imza atıb.

Oxşar xəbərlər

Rauf Əliyev 300-ə çatdı - Azərbaycan çempionatı
"Neftçi"dən yubiley qolu
Ramazanovdan bir qol, iki yubiley
XXIV tur “Səbail” üçün əlamətdar oldu
Amil Yunanovdan 40-cı qol

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər