Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Premyer Liqamızda mövsümün 100-cü qolu vuruldu
Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün 100-cü qolu vurulub.
Sportfm.az xəbər verir ki, bu, XI turun “Sabah” – “Sumqayıt” görüşünə təsadüf edib. Qonaqların 3:1 hesabı ilə qalib gəldiyi matçda vurulan son top mövsümdə 100-cü olub. Yubiley qolunun müəllifi Əmir Ağayev olub.
Ümumilikdə isə 44 oyunda 102 qol vurulub. Orta məhsuldarlıq 2,32-yə bərabərdir. XI turun son matçında daha 2 qol vurulub. “Qarabağ” – “Zirə” görüşü 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 16-da keçirilən “Keşlə” – “Qarabağ” oyununda (0:1) İsmayıl İbrahimli vurub.
Oxşar xəbərlər
Premyer Liqamızda rekord təkrarlandı
Mövsümün antirekordu qeydə alındı - Azərbaycan Premyer Liqası
Azərbaycan çempionatında bir ilk
Premyer Liqamızda 150-ci qol vuruldu
Premyer Liqada mövsümün rekordu açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası