reklam
Azərbaycanın iki karateçisi Avropa çempionu oldu
Sportfm.az xəbər saytı

Azərbaycanın iki karateçisi Avropa çempionu oldu


Azərbaycan karateçiləri bu gün Danimarkanın Olborq şəhərində start götürən yeniyetmə və gənclər arasında Avropa çempionatında 3 medal qazanıblar.

Sportfm.az xəbər verir ki, Roman Heydərov (21 yaşadək gənclər, kata), Tale Yaqubov (14-15 yaşlı yeniyetmələr, kumite 63 kq) və Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, kumite 57 kq) mükafatçı olub.

R.Heydərovla T.Yaqubov qızıl medal, H.Məmmədli isə bürünc medal əldə edib.

Təsəlliverici görüşlərə qatılanlardan Osman Osmanlı (14-15 yaşlı yeniyetmələr, kumite 70 kq) yarımfinalda qələbəni əldən verərək bürünc medal uğrunda həlledici görüşdə də məğlubiyyətlə barışmalı olub. İsmayıl Məhəbbətli (14-15 yaşlı yeniyetmələr, kumite 70 kq) də bu mərhələ şansından yararlana bilməyib.

İlk yarış gününün nəticələrinə əsasən, Azərbaycan karateçiləri yalnız Türkiyə komandasından geri qalaraq ümumi hesabda 2-ci yeri tutur. Çempionatda 51 ölkədən 1092 idmançı iştirakı edir. Hələki 19 dövlətin karateçiləri müxtəlif əyarlı mükafatlara sahib ola bilib.

Qeyd edək ki, mükafatlandırma mərasimində AMKF-in prezidenti, Avropa Karate Federasiyasının (EKF) İdarə heyətinin üzvü Yaşar Bəşirov da iştirak edib. 

Oxşar xəbərlər

Gənc karateçilərimiz Xorvatiyada 10 medal qazandı - FOTO
Avropa çempionatında 4 qızıl və 1 bürünc medal
Yığmamızdan 3 qızıl medal
Karateçilərimiz Qran Pri turnirini 10 medalla başa vurdu - FOTO
Sumqayıtlı azyaşlı karateçilər İranda 14 medal qazandı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər