reklam
“Dedilər ki, öləcək, hazırlığınızı görün” -
Sportfm.az xəbər saytı

“Dedilər ki, öləcək, hazırlığınızı görün” -İlham Zəkiyev/VİDEO


“Güllə sol gicgahımdan daxil olub, sağdan çıxdı”.

Sportfm.az xəbər verir ki, ARB TV-nin “Öz evimizdir” proqramının növbəti qonağı paracüdoçumuz, 2 dəfə Paralimpiya Oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu, Qarabağ əlili və qazisi İlham Zəkiyev olub.

“Kiçik yaşlarımdan güləşə həvəs göstərirdim. Cüdo ilə məşğul olmağa başladım. Sonuncu yarışım 1998-ci ilin iyun ayında oldu. 1 ay sona hərbi xidmətə çağrıldım. Kəşfiyyatçı kimi qulluq etdim. Hərbi döyüş tapşırığı yerinə yetirən zaman düşmənin snayper gülləsinə tuş gəldim. Güllə sol gicgahımdan daxil olub, sağ gicgahımdan çıxdı. 5 gün komada qaldım. Həkimlər valideynlərimə bildirdilər ki, hazırlığınızı görün, öləcək, qalmayacaq, idmançıdır deyə ürəyi döyünür. 5 gün sonra anamın səsinə komadan ayıldım. Amma bir daha anamı görə bilmədim. Görmək qabiliyyətimi tamamilə itirdim”.

Oxşar xəbərlər

İlham Zəkiyev 8-ci dəfə Avropa çempionu oldu – UĞUR
"Zədəli vəziyyətdə əli boş qayıtmadım" - İlham Zəkiyev
İlham Zəkiyev qazi ilə görüşdü - FOTO
"Uğrunda görmə qabiliyyətimi itirdiyim kənd işğaldan azad edildi" - İlham Zəkiyev
Anar Salmanova fəxri ad verildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər