reklam
İlham Zəkiyev 8-ci dəfə Avropa çempionu oldu –
Sportfm.az xəbər saytı

İlham Zəkiyev 8-ci dəfə Avropa çempionu oldu –UĞUR


Azərbaycanın paracüdo üzrə milli komandasının üzvü İlham Zəkiyev (+90 kq, J1) İtaliyanın Kalyari şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

Sportfm.az xəbər verir ki, o, bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalını qazanıb.

Bununla da 42 yaşlı ikiqat Olimpiya və ikiqat dünya çempionu İlham Zəkiyev 8-ci dəfə Avropanın ən güclüsü olub.

Azərbaycan millisinin digər üzvləri Zakir Mislimov (90 kq, J1), Xatirə İsmiyeva (+70 kq, J1) və Dürsədəf Kərimova (+70 kq, J2) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, sentyabrın 2-si Namiq Abbaslı və İsmayıl Muradov bürünc medal qazanmışdı. Beləliklə, Azərbaycan millisi 1 qızıl və 5 bürünc olmaqla ümumilikdə 6 medalla Avropa çempionatını tamamlayıb.

Oxşar xəbərlər

Azərbaycan parataekvondoçusu Avropa çempionu oldu
İlham Zəkiyev gümüş medal qazandı - Avropa paralimpiya çempionatı
Zəkiyev Qran Pridə qızıl medal qazandı - Uğur
Zəkiyev finala yüksələ bilmədi
İlham Zəkiyev yenə medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər