Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Uğrunda görmə qabiliyyətimi itirdiyim kənd işğaldan azad edildi" -İlham Zəkiyev
"Yaralandığım və doğulduğum Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi işğaldan azad edildi. Çox sevinirəm, əsgərləmizə dəstəyəm".
Sportfm.az xəbər verir ki, bu sözləri paraolimpiyalı cüdoçu, ikiqat Paralimpiya Oyunları çempionu İlham Zəkiyev İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində deyib.
O Azərbaycan Ordusuna dəstək olduğunu deyib: "Allah Azərbaycan dövlətini və ordusunu qorusun. Kaş mənim də səhhətim imkan verərdi və qardaşlarımla çiyin-çiyinə döyüşərdim".
Xatırladaq ki, İlham Zəkiyev 1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan tərəfdən atılan snayper gülləsinə tuş gəlib.
Oxşar xəbərlər
Daha 7 kənd işğaldan azad edildi
Daha 8 kənd işğaldan azad edildi
"Füzuli şəhəri və rayonun daha bir neçə kəndi işğaldan azad olunub" - Prezident İlham Əliyev
Prezident işğaldan azad olunan kəndlərin adını açıqladı
Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər - TAM SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası