Futzal komandamıza texniki məğlubiyyət verildi
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportfm.az xəbər verir ki, tədbirdə futzal liqalarında baş verən hadisələrə haqqında da qərarlar verilib.
4 fevral 2019-cu il, futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının EKOL – “Yasamal” MFK matçında “Yasamal” MFK komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
3 fevral 2019-cu il, futzal üzrə Azərbaycan birinciliyinin İkinci Liqasının “Obolon” – “Təbriz” matçının 27-ci dəqiqəsində “Obolon” klubunun 83 №-li futzalçısı Şirin Ağayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
3 fevral 2019-cu il, futzal üzrə Azərbaycan birinciliyinin İkinci Liqasının “Star Karqo” – “Xəzər Astara” matçının 30-cu dəqiqəsində “Xəzər Astara” klubunun 11 №-li futzalçısı Əfsər Hümbətov öz komanda yoldaşını təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).
1 fevral 2019-cu il, futzal üzrə Azərbaycan birinciliyinin Birinci Liqasının ADBTİA – AZMİU matçının 22-ci dəqiqəsində ADBTİA klubunun 15 №-li futbolçusu Taleh Muradov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Oxşar xəbərlər
Futzal komandasına texniki məğlubiyyət verildi
Futzal komandası oyuna gəlmədi, AFFA qərar qəbul etdi
Futzalçı 3 oyun cəzalandı
Klub rəhbəri rəqibi təhqir etdi, 5 oyunluq cəzalandı - Azərbaycanda
Rövşən Hüseynli cəzalandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası