reklam
Futzal komandası oyuna gəlmədi, AFFA qərar qəbul etdi
Sportfm.az xəbər saytı

Futzal komandası oyuna gəlmədi, AFFA qərar qəbul etdi


AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportfm.az xəbər verir ki, bu gün keçirilən iclasda futzal liqalarında baş verən olaylarla bağlı da qərarlar qəbul edilib. 

1 dekabr 2019-cu il, futzal üzrə İkinci Liqanın NTD – “Emin Spor” matçında “Emin Spor” komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

1 dekabr 2019-cu il, futzal üzrə İkinci Liqanın “Baku Hughes” – “Bibi Heybət” matçında “Baku Hughes” komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

1 dekabr 2019-cu il, futzal üzrə İkinci Liqanın “Advokat” – “Hövsan” matçının 1-ci dəqiqəsində “Advokat” klubunun 77 №-li futzalçısı Ceyhun Şirinli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

30 noyabr 2019-cu il, futzal üzrə Birinci Liqanın “Forza Neftçi” – “Standard” matçının 24-cü dəqiqəsində “Standart” klubunun 11 №-li futzalçısı Mehdi Rəsulov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

Oyunun 24-cü dəqiqəsində “Standard” klubunun inzibatçısı İlkin Məmmədov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 61).

30 noyabr 2019-cu il, futzal üzrə üzrə Birinci Liqanın “Baku Fans” – U-19 matçında “Baku Fans” komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

30 noyabr 2019-cu il, futzal üzrə üzrə Birinci Liqanın “Zirvə Bakı” – “Baku Fire 2” matçının 13-cü dəqiqəsində “Zirvə Bakı” klubunun 20 №-li futzalçısı Murad İsmayılov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).

29 noyabr 2019-cu il, futzal üzrə üzrə Birinci Liqanın AZMİU – “Metropoliten” matçının 20-cı dəqiqəsində AZMİU klubunun 6 №-li futzalçısı Adil Məmmədzadənin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

28 noyabr 2019-cu il, futzal üzrə Yüksək Liqanın EKOL – “Xızı Futzal” matçının 29-cu dəqiqəsində “Xızı Futzal” klubunun 18 №-li futzalçısı Morteza Cahandoust ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

Oyunun 34-cü dəqiqəsində EKOL klubunun 10 №-li futzalçısı Samir Həmzəyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

28 noyabr 2019-cu il, futzal üzrə Yüksək Liqanın “Baku Fire” – “Bakı” TFK matçının 35-ci dəqiqəsində “Bakı” TFK klubunun 77 №-li futzalçısı Vüsal Buludov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).

Oxşar xəbərlər

Futzal komandasına texniki məğlubiyyət verildi
Hakimə qarşı təhqiredici ifadə, sonuncu ümid foulu - AFFA-nın İntizam komitəsi qərarlarını açıqladı
Balarza hakimi təhqir etdi, 4 oyun cəzalandı
"Neftçi"nin kapitanı tribunadan hakimləri söydü, AFFA cəza verdi
Klub rəhbəri rəqibi təhqir etdi, 5 oyunluq cəzalandı - Azərbaycanda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər