reklam
Azərbaycan millisinin futbolçusu reklama çəkildi -
Sportfm.az xəbər saytı

Azərbaycan millisinin futbolçusu reklama çəkildi -VİDEO


Azərbaycan millisinin futbolçusu Dimitri Nazarov Almaniyada reklama çəkilib. 

Sportfm.az xəbər verir ki, videoçarxda 29 yaşlı yarımmüdafiəçinin klubu “Ertsgebirge”nin təmsil etdiyi Almaniyanın Aue şəhəri təbliğ olunur. 

Reklamda Nazarovla yanaşı, miqrantlar - pediatr Yana Ondryaşova, aşbaz Rikardo Basjan, musiqiçi Naoşi Takahaşi və zavodda mütəxəssis kimi çalışan Leonid Kondratyev yer alıblar. 

“Dünya bizimlə birgə” şüarı ilə hazırlanın reklamın məqsədi miqrantların Aueyə cəlb olunmalarıdır. 

“Ertsgebirge”nin icraçı direktoru Maykl Foyqt bildirib ki, cəmiyyətə faydalı olan insanların milliyətinin önəmi yoxdu: 

“Əcnəbiləri uzun illərdir klubumuza cəlb edirik. Hətta komandanın həkimi Çexiyadandır. Kimsə cəmiyyətə faydalıdırsa, onun milliyətinin önəmi yoxdur”. 

Dmitri Nazarov 4 aprel 1990-cı ildə Qazaxıstanda doğulub. Azərbaycan əsilli futbolçu 1 yaşında ailəsi ilə birgə Almaniyaya köçüb.

Oxşar xəbərlər

Millimizin futbolçusu Almaniya klubu ilə vidalaşdı
Millimizin sabiq futbolçusu kapitanlıqdan məhrum edildi
Dmitri Nazarov Almaniyada növbəti qolunu vurdu
Millimizin futbolçusu növbəti dəfə testindən keçdi
Millimizin üzvü Almaniyada karantinə alındı - Bir nəfərdən şübhələnirlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər