Tovuzda futbol meydançası açıldı - FOTO
Tovuz rayonunun Düz Cırdaxan kəndində “Məhsul arena” idman klubunun açılışı olub.
Açılış mərasimində rayon icra hakimiyyətinin rəsmiləri, tanınmış idmançılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sportfm.az xəbər verir ki, 0,38 hektar sahədə salınmış “Məhsul arena” idman klubu sahibkar Vaqif Əliyev tərəfindən inşa olunub.
Tikintisi müasir dizayn əsasında yüksək səviyyədə aparılmış klubda 26x50 metr ölçüdə üstüörtülü futbol meydançası, kafe, geyim otağı, duş kabinələri və istirahət otaqları yaradılıb.
Açılış mərasimində dövlətimizin başçısı tərəfindən sahibkarlara yaradılmış dövlət qayğısından danışan Vaqif Əliyev bundan sonra da klubda əlavə idman zallarının tikintisinin nəzərdə tutulduğunu deyib.
Bildirilib ki, klub bölgə əhalisinin, xüsusilə gənclərin asudə vaxtının səmərəli təşkili, müxtəlif idman yarışlarının və tədbirlərin keçirilməsi üçün əlverişli məkandır. Klubun tikintisinə 1 milyon manatdan çox özəl sərmayə qoyulub və 12 daimi iş yeri açılıb. Klubda aparılan tikinti işlərinə, infrastrukturun və kommunikasiya xətlərinin yaradılmasına, ətraf ərazinin abadlaşdırılmasına rayon rəhbərliyi tərəfindən dəstək göstərilib.
Açılış mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, Düz Cırdaxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Akif Mehdiyev, “Məhsul Arena” idman klubunun rəhbəri Rafiq Əliyev regionlarda sağlam biznes mühitinin yaradılmasına, sahibkarlığın inkişafına dəstək göstərdiyinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Vurğulanıb ki, idman klubu nəinki rayon əhalisinin, hətta yerli və xarici turistlərin də faydalana biləcəyi istirahət mərkəzi olacaq.
Daha sonra tədbir iştirakçıları futbol meydançasında yeniyetmə futbolçular arasında keçirilən yoldaşlıq oyununa baxıblar.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |