reklam
Sportfm.az xəbər saytı

"Trabzonspor"a təklif -Azərbaycan çempionatına qatılın


Türkiyə Superliqasının XVIII turu çərçivəsində keçirilən "Trabzonspor" - "Başakşəhər" qarşılaşması böyük səs-küyə səbəb olub.

Sportfm.az xəbər verir ki, qonaqların 4:2 hesabı ilə qalib gəldiyi görüşdən sonra trabzonlular qəsdən uduzdurulduqlarını iddia ediblər.

Klub rəhbərliyi həm baş hakim Halil Umut Meler, həm də VAR-a nəzarət edən Fırat Aydınusun "Başakşəhər"in qələbəsi üçün əlindən gələni etdiyini vurğulayıb. "Bordo-mavililər" oyunla bağlı rəsmi saytda narazılığını bildiriblər. Onlar iki penaltilərinin verilmədiyini, "Başakşəhər"in 2-ci və 3-cü qolundan əvvəl rəqib oyunçusunun kobudluğuna hakimlərin göz yumduğunu və qonaqların bir üzvünə qırmızı vərəqə verilmədiyini qeyd ediblər.

Rəhbəriklə yanaşı, "Trabzonspor" azarkeşləri də hakimlikdən məmnun qalmayıbar. Onlar sosial şəbəkələr vasitəsilə həm hakimləri, həm də federasiyanı qınaq obyektinə çeviriblər. Mehmet Dalman adlı azarkeşin paylaşdığı bir tvit isə diqqətimizi çəkib. Belə ki, o, "Trabzonspor" rəhbərliyinə Azərbaycan Premyer Liqasında iştirakı təklif edib: "Trabzonspor" Azərbaycan çempionatına qatılmağı ciddi şəkildə düşünməlidi. Türkiyədə artıq İstanbul çempionatı və İstanbul səltənəti var. 10 ildən sonra Anadolunun Superliqada təmsil olunması çətin görünür. Bunu görməyən kordu".

Qeyd edək ki, "Başakşəhər" hazırda 38 xalla Superliqaya başçılıq edirsə, aktivində 29 xal olan "Trabzonspor" 5-ci pillədə yer alır.(matç.az)

Oxşar xəbərlər

"Fənərbaxça" qalib gəldi, "Trabzonspor" bərabərə qaldı - Türkiyə Super Liqası
"Trabzonspor" liderliyini davam etdirir
"Başakşəhər" - "Trabzonspor" matçında 4 qol vuruldu - VİDEO
Qara dəniz sahillərində 8 illik tilsim qırıldı
"Trabzonspor" autsayderlə bacarmadı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər