Olimpiya mükafatçıları Bakıya gələcək
Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun iştirakçılarının adları açıqlanıb.
Sportfm.az xəbər verir ki, 16–17 fevralda baş tutacaq yarışda 31 ölkədən 200-ə yaxın idmançı iştirak edəcək. Onların arasında 8 olimpiya mükafaçısı da var. Bunlar belaruslu Vladislav Qonçarov, kanadalılar - Rosannah Maklennan, Burinet Ceyson, çinlilər - Donq Donq, Gao Ley, britaniyalı Brioni Peyc, rusiyalı Dmitri Uşakov, avstraliyalı Vizani Bennidir. 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyan Dünya Kubokunda belaruslu Aleh Rabstau, rusiyalı Yana Pavlova, avstriyalı Dominik Klarke, fransaı Allan Morante kimi tanınmış idmançılar da mübarizə aparacaq.
Dünya Kuboku Milli Gimnastika Arenasında keçiriləcək.
Qeyd edək ki, 2019 və 2020-ci illərdə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 8 Dünya Kuboku keçiriləcək. Azərbaycanbu kuboklardan ikisinə ev sahibliyi edəcək.
Oxşar xəbərlər
Dünya Kubokunda batut üzrə fərdi proqramların qalibləri mükafatlandırıldı - FOTO
Batut üzrə sinxron proqramların qalibləri mükafatlandırıldı - FOTO
Bakıda finalçılar müəyyən olundu
Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirildi - FOTO
Malkindən böyük uğur - Dünya Kubokunun finalına çıxdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
AMADA qızlarımıza anti-dopinq seminarı keçdi
-
Azərbaycan basketbol millisi biabırçı hesabla məğlub oldu
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
Hakimi təhqir edən məşqçi və futbolçu cəzalandırıldı - QƏRAR














Misli Premyer Liqası