Batut üzrə sinxron proqramların qalibləri mükafatlandırıldı -FOTO
Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda batut üzrə sinxron proqramların qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, qadınlar arasında birinci yeri Belarus, ikinci yeri Avstraliya, üçüncü yeri isə Braziliya cütlükləri tutub.
Kişilər arasında qızıl medala Yaponiya, gümüş - Belarus, bürünc medala isə ABŞ cütlükləri sahib olublar.
Qeyd edək ki, Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda ümumilikdə 30 ölkədən 160-dan çox gimnast iştirak edib.
Azərbaycan təmsilçisi Mixail Malkin tamblinq yarışında gümüş medal qazanıb.
Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunub.
2019 və 2020-ci illərdə Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 6 Dünya Kuboku keçiriləcək. Paytaxtımız gələn il bu kuboklardan daha birinə də ev sahibliyi edəcək.
Xatırladaq ki, ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) keçirilib.
Oxşar xəbərlər
Dünya Kubokunda batut üzrə fərdi proqramların qalibləri mükafatlandırıldı - FOTO
Bakıda finalçılar müəyyən olundu
Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirildi - FOTO
Malkindən böyük uğur - Dünya Kubokunun finalına çıxdı
"İndi mən əvvəlkindən daha az hündürlüyə tullanıram" - Yeni Zelandiya gimnastı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası