Bizdə futbol var? - Yoxsa, pul qazanmaq istəyirik? -QEYD
Bizdə futbol var?
Bu deyim Azərbaycanda 90-cı illərin sonunda yaranıb. Həmin dövrdə sovet məktəbini keçən futbolçularımızın əksəriyyəti karyerasını bitirmişdi, əhalinin iqtisadi vəziyyəti acınacaqlı idi. Övladları futbola gedənlərin çoxu həvəsdən düşmüşdü. Konkret olaraq bu sahədə pul yox idi. Asfaltın üstündə məşq et, tarlaya bənzər stadionda oyuna çıx və bir qəpik qazanma. Bütün mənzərə bundan ibarət idi.
Biz millət olaraq həmişə çoxlu pul qazanmaq istəmişik. Bu istəyin ardınca hətta uzaqlara da getmişik. Rusiyanın ucqar qarlı-çovğunlu çöllərində belə pul qazanmaq üçün çalışan həmyerlilərimizi görmək mümkündür. Futbola da bizlər hər zaman qazanc mənbəyi kimi baxmışıq. Bu həmişə belə olub.
2000-ci illərin ortalarında ölkə futboluna pul axını olduğu zaman valideynlər yenə həvəsə düşərək, uşaqlarını futbola yazdırmağa başladılar. Təbii ki, hamının dilində futboldan qazanılan pullar, yerli oyunçulara verilən böyük məbləğlər vardı.
Dövlət proqramının vaxtının bitməsiylə ölkə futbolunda olan pullar da qeybə çəkildi. Yenə "aclıq" dönəmi başladı. Futbol kasıblara qaldı. İmkanı olanlar isə yenə uşaqlarını futbola idmanla məşğul olması apardı. Məhz futbolumuzda olan qeyri-stabillik valideynləri də çaş-baş saldı. Doğurdan, bizdə futbol var?
Oxşar xəbərlər
"Dinamo" - pul tələsi, yoxsa günün tələbi?
Ağstafada xəstəlik saçan stadion - Rəhbərlik niyə göz yumur?
“Qurban Qurbanovun millidən çıxarılması bizə müəmmalı qaldı” - Millət vəkili
Gürcülərdən niyə geri qalırıq və ya doğurdan qanımızda yoxdur? - YAZI
İdris Bədirov:"Buranın potensialı çox böyükdür"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası