Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Dinamo" - pul tələsi, yoxsa günün tələbi?
Artıq bilirsiz ki, yeni mövsümdən etibarən II Liqada iştirak edəcək "Dinamo" klubunun məqsədləri açıqlanıb. Klubun təsisçisi, futbol aləminə yaşı tanış olan Yaşar Seyidov bildirib ki, əsas hədəfləri əsgərlik yaşına çatan peşəkar futbolçuların futbolu atmamasıdı. Bəli, belə bir təcrübə Azərbaycanda var. MOİK-lə yanaşı o dövrdə bu funksiyanı məhz elə "Bakı"nın varisi olduğu "Dinamo" yerinə yetirirdi. Di gəl ki, həmin klublara futbolçuların cəlb edilməsi ilə baş verən rüşvət halları hər kəsə çox gözəl malumdur. Hətta əsgər futbolçuların həmin klublara cəlb edilməsi üçün konkret "tas da" vardı - 10 min manat. Bəs görəsən, yeni yaranan "Dinamo"da hər şey şəffaf olacaqmı, yoxsa bu klub da sələfləri kimi kimlərinsə ciblərinin dolmasına xidmət edərək, futbolu ikinci plana atacaq. Bunu təbii ki, zaman göstərəcək. Bizlər də inanmaq istəyirik ki, hərşey düzgün olsun və həqiqətən gənc peşəkar futbolçular futboldan uzaqlaşmasın deyə, onlar əsgərlik çəkdikləri müddətdə futbolsuz qalmasınlar. Yaşayarıq görərik...
Oxşar xəbərlər
Xorvatlar Mahiri gözdən çıxarıb
Futbolda Azərbaycan qadını və mentalitet - AÇIQLAMA
Bizdə futbol var? - Yoxsa, pul qazanmaq istəyirik? - QEYD
"Futbolçunun gəlmək imkanı yoxdursa, gərək biz gedək" - Qonşu ölkənin təcrübəsi nə deyir? - ÖZƏL
Milyonçular yalnız iki kluba məxsusdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası