Ağstafada xəstəlik saçan stadion -Rəhbərlik niyə göz yumur?
Azərbaycanın bölgələrində futbolunun durumunun bərbad olduğunu hamımız bilirik. Guya ölkəmizdə bu idman növünün inkişafına cavabdehlik daşıyan AFFA isə elə paytaxt Bakıda "fırlanaraq" öz işini bitmiş hesab edir. Rayonlarda isə uşaqlar məşq etməyə meydança, oynamağa top tapmırlar.
Bir müddət öncə ölkə futboluna xeyli sayda oyunçu bəxş edən Ağstafa rayoununun icra başçısı həbs edildi. Məlum oldu ki, çalışdığı müddətdə dövlət mülkiyyətini yeyib-talamaqla məşğul olan Nizaməddin Quliyev Ağstafaya ancaq ziyan vururmuş. Belə görünür ki, bu rayona ziyan vuran təkcə icra başçısı deyil. Saytımıza daxil olan məlumata görə, Ağstafada uşaq futbolu məhv olmaq üzrədi. Ağstafa rayon Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin aşağı yaş qrupları üzrə komandaları hazırda dağılmaq üzrədi. Quruma rəhbərlik edən Abbas Fərzəliyev uşaqların torpaq stadionda, toz-duman içində məşq etməsinə göz yumur. Artıq uşaqları futbola gedən valideynlər də onları UGİM-dən çıxararaq, başqa idman növlərinə yönəldir. Şəraitin olmaması ucbatından futbola könül verən uşaqlar başqa rayonlara gedir. Stadionda məşq zamanı toz-duman udaraq min bir xəstəliyə tutulmaq ehtimalı olan balaların içməyə suyu belə yoxdur. İdman qurğusunun(əgər oranı belə adlandırmaq mümkündürsə - A.Ə)sanitar qovşağı mövcud deyil, soyunub-geyinmə otaqlarından isə danışmağa dəyməz. Bu vəziyyəti gördükdən sonra Azərbaycanda futbolun inkişafından danışanların bir dəfə də olsun Ağstafaya baş çəkməyi məsləhət görürəm. Bəlkə o acınacaqlı durumu gözləri ilə gördükdən sonra yalançı rəqəmləri səsləndirdikləri zaman vicdanları sızlayar.
Ağstafa Azərbaycan futboluna Məqsəd Yaqubəliyev, Ülfət Mədətov, Fərid Nəbiyev, Yusif Nəbiyev kimi futbolçular bəxş edib. "Avey" komandası vaxtilə Azərbaycan çempionatının iştirakçısı olub.
Araz Əhmədov

Oxşar xəbərlər
Stadionda yas mərasimi - futbolumuz belə öldürülür
AFFA bölgələri unutsa da, futbol adamları ayaqda qalmağa çalışır - Ağstafada klub yarandı
AFFA potensial şikəstləri necə "yetişdirir"? - DƏRD
Dar küçələr və yox olan ənənələr! (LAYİHƏ)
Ölkəmizin hansı bölgəsində futbol yox olmaq üzrədir? - PROBLEM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası