reklam
İdmançı 7 qadına qarşı zor tətbiq etdiyini boynuna alıb
Sportfm.az xəbər saytı

İdmançı 7 qadına qarşı zor tətbiq etdiyini boynuna alıb


ABŞ-ın gimnastika millisinin sabiq həkimi Larri Nassar 7 qadın idmançıya qarşı cinsi zorakılıq etdiyini qəbul edib.
Sportfm.az xəbər verir ki, məhkəmə önünə çıxan Nassar, 1998-2015-ci illər aralığında, tibbi müayinə zamanı 3-nün yaşı 13-dən az olan 7 qadın idmançıya qarşı cinsi zor tətbiq etdiyini boynuna alıb. Onun buna görə 25 və ya 40 il müddətinə azadlıqdan məhrum edilməsi gözlənilir.
Bundan əlavə, 130-a yaxın qadına qarşı cinsi zorakılıqda ittiham olunan 54 yaşlı Nassar, bir müddət öncə uşaq pornoqrafiyası ilə bağlı ittihamı qəbul etmişdi.
Ona qarşı ittiham irəli sürən idmançılar arasında olimpiya çempionları Qabbi Duqlas, Makkayla Maroni, Ali Raysman da yer alıb.

Oxşar xəbərlər

Federasiya prezidentinə ağır ittiham - qız futbolçulara qarşı cinsi zorakılıq
Millinin sabiq futbolçusu həbs olundu
İndidə cinsi zorakılıqda ittiham edilir
Pedofil məşqçiyə hökm oxundu - 31 il
Yığmanın həkimi 60 il həbs cəzası aldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər