Prezident kubokunun qalibləri müəyyənləşdi -FOTO
Azərbaycan Kunq-fu Federasiyasının və “ALTIS” şirkətlər qrupunun təşkilatçılığı ilə dekabrın 23-də Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş kunq-fu üzrə Prezident kuboku turniri keçirilib.
Sportfm.az xəbər verir ki, 300-ə yaxın idmançının iştirak etdiyi yarışın təşkilində əsas məqsəd idmançıların peşəkarlıq səviyyəsini artırmaq və dünya azərbaycanlılarının idmanın ətrafında birləşdirməkdir.
Turnirdə yeniyetmələrin yarışında Fərid Kazımov, gənclər arasında Ruslan Hüseynov, böyüklərdə isə Səxavət Həsənov, Murad Qasımov, Toğrul Mikayılov, Ellər Orucov, Erkin Osmanov, Rauf Gərayzadə, Şənlik Talıbov, Cahangir Qasımov, Xəyyam Səfixanov bütün döyüşlərdə qələbə qazanıblar.
Qaliblərə Prezident kuboku və diplomlar təqdim edilib.
Oxşar xəbərlər
Bakı çempionatının qalibləri müəyyənləşdi
20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan turnir keçiriləcək
Toplanıb ilə yekun vurdular
Tayboks üzrə açıq Bakı turnirinin qalibləri müəyyənləşdi
Taekvando üzrə “Koreya səfiri kuboku” turniri keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası