reklam
Tayboks üzrə açıq Bakı turnirinin qalibləri müəyyənləşdi
Sportfm.az xəbər saytı

Tayboks üzrə açıq Bakı turnirinin qalibləri müəyyənləşdi


Şağan Olimpiya İdman Kompleksində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tayboks üzrə açıq Bakı turniri keçirilib.

Sportfm.az xəbər verir ki, yeniyetmələr, gənclər və kişilər arasında keçirilən yarışda 162 idmançı qüvvəsini sınayıb.

Yeniyetmələrin yarışında Xəyal Əliyev (42 kq), Nihad Qasımov (45 kq), Hafiz Qəfərov (48 kq), Şahin Əliyev (51 kq), Elçin Qasımov (54 kq), Ceyhun Hüseynov (57 kq), Vüsal Göyüşov (60 kq), Seymur Səfərov (63,5 kq), Allahverən İbrahimov (67 kq), Arif Əliyev (67 kq-dan yuxarı), gənclər arasında Xalif Aslanov (45 kq), Musa Nuruzadə (48 kq), Seyidrza Hüseynov (51 kq), Cəmil Məmmədov (54 kq), Rasif Dədəcanov (57 kq), Murad Mehrəliyev (60 kq), Seymur Teymurov (63 kq), Vüsal Əliyev (67 kq), Rəvan Ağazadə (71 kq), Telman Həsənov (71 kq-dan yuxarı), kişilərin mübarizəsində isə İsmayıl Səfiyev (54 kq), Vüsal Əliyev (57 kq), Rəvan Haşımov (60 kq), Rahib Cəlilov (63,5 kq), Orxan Babayev (67 kq), Onur Şərifov (71 kq), Fərid Quliyev (75 kq), Nizami Əliyev (81 kq), Nihad Şoranov (86 kq) və Rəfael Məmmədov (86 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qaliblərə BŞGİBİ tərəfindən diplom və xatirə hədiyyələri təqdim olunub.

 

Oxşar xəbərlər

Bakının ən güclü güləşçiləri müəyyənləşdi - FOTO
Sambo üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşdi
Yeniyetmə samboçular arasında Bakı birinciliyinə yekun vuruldu - Nəticələr
Kapoeyra üzrə Bakı kuboku yarışlarının qalibləri müəyyənləşdi
Gənclər arasında sambo üzrə açıq Bakı birinciliyinin qalibləri müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər