reklam
Bakı çempionatının qalibləri müəyyənləşdi
Sportfm.az xəbər saytı

Bakı çempionatının qalibləri müəyyənləşdi


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Azərbaycan Kunq-fu Federasiyasının birgə təşkilatçılığı ilə açıq paytaxt çempionatı keçirilib.

Sportfm.az xəbər verir ki, iki gün davam edən yarışda 25 komandanın heyətində 250-dən çox idmançı mükafatlar uğrunda mübarizə aparıb.

Çempionatda Bakı ilə yanaşı, bölgələrdən gəlmiş yeniyetmə və gənclər də qüvvələrini sınayıblar. Yeniyetmələrin yarışında Asim İsmayılov (45 kq) və Tahir İsmayılov (48 kq) bütün rəqiblərinə qalib gəliblər.

Gənclərin mübarizəsində isə Sahil Əsgərov (42 kq), İbrahim Soltanov (52 kq), Rəşad Rufullayev (60 kq), Hüseyn Rəsulzadə (65 kq) və Bəxtiyar Orucov (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Oxşar xəbərlər

Bakı çempionatının qalibləri müəyyənləşdi
Bakı birinciliyinin qalibləri müəyyənləşdi - FOTO
Bakı çempionatının qalibləri müəyyənləşdi - FOTO
Sambo üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşdi
Kapoeyra üzrə Bakı kuboku yarışlarının qalibləri müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər