reklam
Hemilton karyerasını başa vurduqdan sonra nə edəcək?
Sportfm.az xəbər saytı

Hemilton karyerasını başa vurduqdan sonra nə edəcək?


"Mercedes" komandasının pilotu Lyuis Hemilton bu il fəaliyyətinin çox vaxtını Formula 1 yürüşlərindən kənarda sərf etməyə çalışıb. Məsələn, o, dəbli geyim leyblləri ilə əməkdaşlıq edib və xeyriyyə layihələrinə, o cümlədən uşaqların təhsilinə kömək etmək istəyini bildirib.

Sportfm.az xəbər verir ki, Lyuis "təqaüdə çıxması barədə həddindən artıq düşünməyi sevmir" və öz yerini idmandan kənarda axtardığını bildirib.

"Autosport" Hemiltondan sitat gətirir: "Mən həqiqətən bilmirəm ki, Formula 1 hüdudlarından kənarda nə baş verir. Bir çox idmançılar idmanda ömürləri boyu qalırlar, hətta karyeralarını bitirdikdən sonra belə. Mən 8 yaşından yürüşlərdəyəm. Mənim bütün diqqətim bu yürüşlərə yönəlib.

Mən daha nə ilə məşğul olmaq arzumu aydınlaşdırmaq istəyirəm. Təbii ki, karyeramı başa vurduqdan sonra yürüşlərdə qalmaq mənim üçün çox asandır. Mümkündür ki, mən hətta ikinci Toto (Red: Toto - "Mercedes"in rəhbəri) ola bilərəm. Mən uzun illərdir ki, yürüşlərdəyəm. Lakin yeni nə isə öyrənmək mənə maraqlıdır".

Oxşar xəbərlər

Hemilton altıqat dünya çempionu oldu
Hemilton İspaniya Qran Prisinin qalibi oldu
"Azərbaycandakı tras əladır" - Hemilton
Hemilton Formula-1 İspaniya Qran-Prisində qalib oldu
"Formula-1"-də ilin ən yaxşı pilotu açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər