FIFA ən yaxşı stadionu müəyyənləşdirdi -FOTO
FIFA tribunalardan meydanın görünməsinə görə ən yaxşı stadionu müəyyənləşdirib.
Sportfm.az xəbər verir ki, ali futbol qurumu Rusiyanın paytaxtı Moskvada yerləşən "Lujniki" stadionunu buna layiq görüb.
Moskva Tikinti Departamentinin rəhbəri Andrey Boçkaryov stadionun yenidən qurulması zamanı FIFA-dan 50 nümayəndənin yoxlamalar apardıqlarını açıqlayıb: "Onların hər biri özünə aid hissəyə məsuliyyət daşıyırdı. Tribunada yer, işıqlandırma və s. Ekspertlərin iradlarını qısa bir zamanda aradan qaldırdıq. Məsələn, iki gecə ərzində 300 elektrik şəbəkə birləşdiricisi quraşdırdıq. Moskva Bələdiyyəsinin rəhbəri Sergey Sobyanin mütəmadi olaraq tikinti sahəsinə gəlib. Məhz onun qərarı ilə arenanın tarixi fasadı qorunub saxlanılıb".
Qeyd edək ki, Rusiyada keçirilmiş dünya çempionatının 7 oyunu, o cümlədən, açılış və final matçı "Lujniki" stadionunda baş tutub. Arena 81 min azarkeş tutumuna malikdir.
Oxşar xəbərlər
“Avro-2020”nin fan-zonası bağlanacaq - Moskvada
Bakı Olimpiya Stadionu “Top-10”-da - SİYAHI
Oyunu ən yaxşı bu stadiondan izləmək mümkündü
DÇ-2018-də sensasiya: Rusiya 1/4 finalda, İspaniya evə yollandı
DÇ-2018: Daha iki Avropa komandası 1/8 finalda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası