reklam
2019-cu ildə F1 Meksika Qran-Prisi son dəfə keçiriləcək
Sportfm.az xəbər saytı

2019-cu ildə F1 Meksika Qran-Prisi son dəfə keçiriləcək


Formula 1 Meksika Qran-Prisi 2019-cu ildən sonra öz fəaliyyətini dayandıra bilər.

Sportfm.az xəbər verir ki, bunun səbəbi Meksika hökumətinin gələn ildən sonra bu yarışları dəstəkləmək niyyətinin olmamasıdır.

Keçmiş idmançı və hazırda Milli İdman Komitəsinin üzvü olan Ana Qabriela Qevara “F1i” portalına deyib: “Bu problemin həlli yollarını araşdırmalıyıq. Hökumətin niyyəti aydındır, o, vergiödəyicilərinin pullarını Formula 1 mərhələsi keçirməyə xərcləmək istəmir.

Meksikada əhalinin böyük hissəsi yoxsulluq həddindən aşağı vəziyyətdə yaşayır, Formula 1-in Meksikaya qayıtması isə korrupsiya halları ilə müşayiət olunub. Yarışların Meksikaya qayıtması üçün həddindən artıq çox rüşvət verilib”.

Qeyd edək ki, Meksika Qran-Prisi ard-arda dörd dəfə mövsümün ən yaxşı mərhələsi elan olunub.

Oxşar xəbərlər

2026-cı ildə Madrid Qran-prisi olacaq - Formula 1
Çin Qran-prisi ardıcıl üçüncü dəfə ləğv olundu - Formula 1
"Azərbaycan Qran Prisi Formula 1-in ən yaxşı mərhələsidir"
"Formula-1" üzrə Azərbaycan Qran-prisinin başlama saatı dəyişdirildi
Azərbaycan Qran-prisi nə vaxt start götürəcək? - Təqvim təsdiq olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər