reklam
Sportfm.az xəbər saytı

"Formula-1" üzrə Azərbaycan Qran-prisinin başlama saatı dəyişdirildi


FOM və FİA 2018-ci il mövsümü üçün bütün Qran-prilərin vaxtlarını təqdim edib.

Sportfm.az xəbər verir ki, deyildiyi kimi bütün yarışlar saatın tamamında yox, 10 dəqiqə sonra başlayacaq.

Bu dəyişiklik bəzi teleşirkətlər üçün edilib. Çünki onlar yayımı saat tamamında başlayır və izləyicilərinə start öncəsi həyəcanı hiss etdirə bilmirlər. 

Bundan əlavə bir çox Avropa Qran-prilərinin başlama vaxtı bir saat geri çəkilib. Bu dəyişiklik Bakı Halqası üçündə keçərlidir. Belə ki, Azərbaycan Qran-prisi 15:10-da start götürəcəkdisə indi yarış 16:10-da başlayacaq.

Bütün Qran-prilərin başlama yaxtlarını təqdim edirik:

25 Mart, 09:10 - Avstraliya Qran-prisi 
8 Aprel, 19:10 - Bəhreyn Qran-prisi 
15 Aprel, 10:10 - Çin Qran-prisi 
29 Aprel, 16:10 - Azərbaycan Qran-prisi 
13 May, 17:10 - İspaniya Qran-prisi 
27 May, 17:10 - Monako Qran-prisi 
10 İyun, 22:10 - Kanada Qran-prisi 
24 İyun, 18:10 - Fransa Qran-prisi 
1 İyul, 17:10 - Avstriya Qran-prisi 
8 İyul, 17:10 - Böyük Britaniya Qran-prisi 
22 İyul, 17:10 - Almaniya Qran-prisi 
29 İyul, 17:10 - Macarıstan Qran-prisi 
26 Avqust, 17:10 - Belçika Qran-prisi 
2 Senytabr, 17:10 - İtaliya Qran-prisi 
16 Senytabr, 16:10 - Sinqapur Qran-prisi 
30 Senytabr, 15:10 - Rusiya Qran-prisi 
7 Oktyabr, 09:10 - Yaponiya Qran-prisi 
21 Oktyabr, 22:10 - ABŞ Qran-prisi 
28 Oktyabr, 23:10 - Meksika Qran-prisi 
11 Noyabr, 21:10 - Braziliya Qran-prisi 
25 Noyabr, 17:10 - Abu Dabi Qran-prisi 

Oxşar xəbərlər

Azərbaycan Qran-prisi mövsümün ən yaxşıları sırasında - SİYAHI
Qran-pri yarışları təxirə salındı - Formula 1
Dünya çempionatının təqvimi təsdiqləndi
2019-cu il Formula 1 mövsümünün 8 mərhələsinin tarixləri məlum oldu
Azərbaycan Qran-prisi nə vaxt start götürəcək? - Təqvim təsdiq olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər