reklam
Qurban Qurbanov:
Sportfm.az xəbər saytı

Qurban Qurbanov:"Buradan getmək istəyirəm"


Qurban Qurbanov Azərbaycanın futbol üzrə milli komandası ilə yollarını ayırıb.

Sportfm.az saytı report-a istinadən xəbər verir ki, bu barədə o, özü məlumat verib.

"Aşağı yaş qrupları üzrə bütün komandaların baş məşqçiləri isə istefaya gedəcək", - o, əlavə edib. "Biz sıfırdan başlamalıyıq. Futbolumuzda çatışmayan cəhət yoxdur. Biz 6 illik plan verməmişdik. Bu işləri hissə-hissə görməliyik. Ola bilsin, üzərimdən böyük yük qalxdı. Mən milli ilə klubları bir-birindən ayırmadım. Öz işimi vicdanla gördüm. Rahatam", - millinin sabiq baş məşqçisi vurğulayıb.

O, nə vaxtsa yığmaya qayıda biləcəyini də istisna etməyib: "Yaxşı baş məşqçilərimiz gəlir. Məncə, ən yaxşı qərarı AFFA verəcək. Bura (AFFA İcraiyyə Komitəsinin iclasına - red.) gələndə, bilirdim ki, milli ilə vidalaşacam. Qarşılıqlı razılıq əsasında qərar qəbul olundu. Gördülər ki, iki yerdə çalışmaq çətindir. Olduğum müddətdə hər şeyi düz etməyə çalışdım. Nə vaxtsa yığmaya qayıdacağımı bilmirəm. Mən təyin olunanda da baş məşqçi üçün fikirlərini gizli bildirmişdilər. Əlavə fikir söyləmək istəmirəm. İnkişaf istəyiriksə, mütləq dəyişikliklər və daha yaxşı təkliflər olmalıdır. AFFA İcraiyyə Komitəsindən çıxarılmağımı təklif etdim. Buradan getmək istəyirəm. Çünki gərək fikrimiz öz klubumuzda olsun".

Oxşar xəbərlər

AFFA yığmalarla müqaviləni yenilədi - Qarşılıqlı razılıq əsasında
Qurban Qurbanov: "Məndən heç nə soruşmayıblar" - İcraiyyə Komitəsinin iclasına qatılmadı
Yığmanın məşqçiləri istefaya göndərildi
Qurban Qurbanovun istefası qəbul olunmadı
Qurban Qurbanovdan istefa qərarı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər