"River Plate" sərt cəzalandı
Cənubi Amerika Futbol Konfederasiyası "River Plate" klubunu azarkeşlərinin "Boca Juniors"un avtobusuna hücum etməsinə görə cəzalandırıb.
Sportfm.az xəbər verir ki, CONMEBOL "River Plate"ə növbəti mövsümdə 2 ev oyununu azarkeşsiz oynamaq cəzası verib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
"River Plate"ə 400 min dollar pul cəzası tətbiq edildiyi də bildirilib.
24 noyabrda keçirilməsi nəzərdə tutulan "River Plate" - "Boca Juniors" matçı azarkeşlərin səbəb olduğu hadisələrə görə təxirə salınmışdı. "River Plate" azarkeşlərinin "Boca Juniors"un avtobusuna etdiyi hücumda bir neçə futbolçu yüngül xəsarət almışdı.
"River Plate"lə "Boca Juniors" arasındakı Libertadores kubokunun final matçının cavab oyunu 9 dekabrda, "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.
Oxşar xəbərlər
"River Pleyt" tarixində 3-cü dəfə kubok qazandı
"Flamenqo" 38 ildən sonra qalib gəldi - VİDEO
"River Pleyt" Birləşmiş Ərəb Əmirliklərinin klubuna uduzdu - Klublararası dünya çempionatı
"River Plate" Libertadores Kubokunun qalibi oldu
Libertadores Kubokunda final oyununun vaxtı müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası