Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Libertadores Kubokunda final oyununun vaxtı müəyyənləşdi
Libertadores Kubokunda Argentinanın "River Pleyt" və "Boka Xuniors" komandaları arasında keçiriləcək finalın cavab görüşünün vaxtı müəyyənləşib.
Sportfm.az xəbər verir ki, bu barədə Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) rəsmi "Twitter" səhifəsi məlumat yayıb.
Bildirilib ki, qarşılaşma dekabrın 8 və ya 9-da keçiriləcək. Görüşün yeri barədə əlavə məlumat veriləcək.
Paylaşılan rəsmi sənəddə qeyd olunub ki, matçın Argentinadan kənarda keçirilməsi tövsiyə olunur.
Qeyd edək ki, iki komanda arasında noyabrın 11-də "Alberto Armando" stadionunda keçirilən ilk matçda qalib müəyyənləşməyib - 2:2. Daha öncə cavab görüşü azarkeşlərin hücumu ilə əlaqədar təxirə salınıb.
Oxşar xəbərlər
Kubok oyunu təxirə salındı – Maradonaya görə
"River Plate" Libertadores Kubokunun qalibi oldu
"River Plate" sərt cəzalandı
Libertadores Kubokunun final oyunu təxirə salındı - VİDEO
"Boka Xuniors" finalda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası