reklam
Sportfm.az xəbər saytı

"River Plate" Libertadores Kubokunun qalibi oldu


Argentinanın "River Pleyt" futbol klubu Libertadores Kubokunu qazanıb. Final oyununda "River Pleyt"in rəqibi "Boka Xuniors" komandası olub.

Sportfm.az xəbər verir ki, Kubok uğrunda final oyunu İspaniyada "Santiaqo Bernabeu" stadionunda keçirilib. Qeyd edək ki, komandalar arasında ilk oyun 2:2 hesabı ilə yekunlaşıb.

Matçda hesabı "Boka Xuniors" açıb, 29-cu dəqiqədə Dario Benedetto fərqlənib.

Qolun cavabı yalnız ikinci hissədə gəlib: Luklas Pratto 69-cu dəqiqədə hesaba tarazlıq gətirib. Oyun heç-heçə bitdiyinə görə, qalib əlavə vaxtda müəyyənləşməli olub.

Əlavə vaxtın ilk dəqiqələrində "Boka Xuniors"un işi çətinləşib, hakim Vilmar Barriosa ikinci sarı kartı göstərərək onu meydandan qovub.

Onunun 109-cu dəqiqəsində Xuan Kintero "River Pleyt"i hesabda önə çıxarıb. Nəyahət, əlavə olunmuş vaxtın son dəqiqəsində oyunda son nöqtə qoyulub: Qonzalo Martinez "Boka Xuniors"un boş qapısına qol vuraraq, komandanın son ümidlərini puç edib 3:1.

Cənubi Amerikanın ən güclü komandası Libertadores Kuboku uğrunda yarışlarda məlum olur. O, rəsmi olaraq "Kopa Libertadores de Amerika" - Amerikanı Azad edənlər Kuboku adlanır. Libertadores Kuboku uğrunda birinci yarışlar 1960-cı ildə keçirilib.

Oxşar xəbərlər

"River Pleyt" əzəli rəqibini çempion etdi
Kubok oyunu təxirə salındı – Maradonaya görə
Super Liqa çempionu məlum oldu - VİDEO
Maradonanın qızı elə bir paylaşım etdiki - FOTO
"Boka Xuniors" finalda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər