reklam
Sportfm.az xəbər saytı

"River Pleyt" Birləşmiş Ərəb Əmirliklərinin klubuna uduzdu -Klublararası dünya çempionatı


Libertadores kubokunun sahibi "River Pleyt" Klublararası Dünya Çempionatının yarımfinal matçında Birləşmiş Ərəb Əmirliklərini təmsil edən "Əl Ayn" klubu ilə qarşılaşıb.

Sportfm.az xəbər verir ki, oyunun əsas vaxtı heç-heçə başa çatıb - 2:2.

3-cü dəqiqədə Markus Berq ərəb klubunu hesabda irəli çıxardıb - 0:1. Lakin Borre 11 və 16-cı dəqiqələrdə qol vurmaqla hesabı "River Pleyt"in xeyrinə dəyişib. 51-ci dəqiqədə Kayo oyunda tarazlığı bərpa edib.

Oyunun əsas vaxtına əlavə olunmuş 2 taymda da hesab dəyişməyib. Matç sonrası penalti zərbələrində isə "Əl Ayn" daha dəqiq olub - 4:5. Sonuncu zərbəni "River Pleyt"in futbolçusu E.Peres qola çevirə bilməyib.

Bununla da "Əl Ayn" klubu finala vəsiqə qazanıb. Bu gün keçiriləcək "Kaşima Antlers" - "Real Madrid" yarımfinal matçının qalibi finalda "Əl Ayn" klubu ilə qarşılaşacaq. Final matçı 22 dekabrda keçiriləcək.

Xatırladaq ki, turnirin hazırki qalibi Madridin "Real" komandasıdır.

Oxşar xəbərlər

"River Pleyt" əzəli rəqibini çempion etdi
"River Pleyt" tarixində 3-cü dəfə kubok qazandı
"Real" dünya çempionu oldu
"Real" finala çıxdı - Klublararası dünya çempionatı
"River Plate" Libertadores Kubokunun qalibi oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər